< <
5 / total: 9

Quranda Faydalarina Diqqət Çəkilən Heyvanlar

Bir çox ayədə heyvanların insanlar üçün böyük nemət olduğu vurğulanmış və onlardan istədikləri kimi faydalanmaları tövsiyə edilmişdir. Bu mövzudakı ayələrdən biri belədir:

Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları və başqa şeylər düzəltdi. (Nəhl surəsi, 80)

Heyvanlarda insanlar üçün çox müxtəlif faydalar olduğu Quranın bir çox ayəsində xəbər verilir.

Bəzi insanlar heyvanlardan əldə edilən faydaları düşünmədən istifadə edər və Allahın bunları nemət olaraq ona verdiyini unudar. Bunları onsuz da haqqı olan, gündəlik məhsullar olaraq görər. Halbuki Allah insanlara verdiyi nemətlər qarşılığında nankorluq etməmələrini, bu nemətləri tez-tez dilə gətirərək şükür etmələrini əmr etmişdir. Bu hissədə, Allahın insanlara nemət olaraq təqdim etdiyi heyvanlardakı müxtəlif faydalara yer veriləcək.

İnsanlar Üçün Faydalı Heyvanlar

Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq? Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər. Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi? (Yasin surəsi, 71-73)

Allah insanları, sınamaq məqsədiylə, bu dünyada müxtəlif nöqsanlara və acizliklərə sahib olaraq yaratmışdır. İnsanın həyatının sonuna qədər bəslənmək məcburiyyətində olması, həyatda qalmasının bu şərtə bağlanmış olması da əslində acizlikdir. Ancaq çox insan, bəlkə də bəslənmə mövzusunu acizlik olaraq görməyi əvvəl heç vaxt düşünməmişdir. Bunu, insanın yaradılışı gərəyi sahib olduğu təbii ehtiyac olaraq qəbul etmişdir. Amma insanın belə ehtiyacının olması əksiklikdir və bu əksikliyin altında gizlənmiş hikmətlər vardır. Hər insan bu hikmətləri qavramağa çalışmalıdır. Çünki ancaq bu məntiqi qavradığı təqdirdə, Yaradıcısına qarşı acizliyini və Ondan gələcək hər nemətə nə qədər möhtac olduğunu anlaya bilər. Oruc tutmanın möminlər üzərinə fərz olmasının hikmətlərindən biri də budur; qısa müddətli, keçici aclıq və susuzluğun da insanın öz acizliyini və zəifliyini xatırlamasına və hiss etməsinə, Allaha nə dərəcədə möhtac olduğunu anlamasına kömək olması və Allahın həyatı boyunca ona verdiyi ruziləri haqqı ilə təqdir edib bunların şükrünü və təfəkkürünü səmimi olaraq etməsinə vəsilə olmasıdır.

İnsan Allaha möhtacdır və Allah “ruzi verən” sifətiylə bütün qullarına ehtiyacları olan şeyləri vermişdir. Allahın insanlara qida olaraq verdiyi bu nemətlərdən biri də heyvanlardır. Bu qidalar son dərəcə müxtəlifdir; ət, süd, yumurta, bal. Sonrakı sətirlərdə Quranda diqqət çəkilən bu faydalı qidalardan bir qisminin xüsusiyyətlərindən danışacağıq.

Ətin İnsan Həyatına Faydaları

Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik. (Tur surəsi, 22)

İnsan orqanizmi üçün həyati əhəmiyyət daşıyan qidalardan biri, ayədə xüsusilə diqqət çəkilən ətdir.

İnsan bədənindəki zülalın elementləri amin turşularıdır. Amin turşuları, köhnələn və yox olan toxumaların yenilənməsində istifadə edilir. Bu səbəbdən orqanizmin inkişafı və özünü yeniləməsi üçün kafi miqdarda amin turşusu, yəni zülal alınması lazımlıdır. Həyati fəaliyyətlərin davamını və böyümə üçün lazımlı miqdarı tam olaraq təmin edən amin turşularının meydana gətirdiyi zülal qaynaqlarına “tam zülal” deyilir. Məhz bir qida olan heyvan əti zülala ən yaxın olan yeməkdir. Tərəvəz zülalları ümumiyyətlə tam zülal deyildirlər və orqanizmə lazım olduğu qədər amin turşusu təmin edə bilməzlər. Bundan əlavə yalnız tərəvəz ilə edilən, karbohidrat baxımından zəngin lakin zülal baxımından qeyri-kafi bəslənmə, orqanizmin kafi ölçüdə amin turşusu almasına mane olar və nəticədə şiş deyilən, su toplamasına bağlı şişliklər ortaya çıxar. Şiş isə, insanın həyatına son verə biləcək dərəcədə ciddi narahatlıqdır.

Ət, yalnız zülal baxımından zəngin qida deyil. İçərisində eyni zamanda insan üçün həyati əhəmiyyətə sahib olan dəmir, sink, fosfor, kalium, selenium kimi minerallardan əlavə bir çox vitamin (ən çox B qrupu vitaminləri) də var. Dəmir və sink bitki mənşəli qidalarda da vardır ancaq, davamlı bitki mənşəli qidalarla bəslənənlər, lif tərkibi qidaları yediklərindən, orqanizmin bunları mənimsəməsi güc olar.

Qırmızı ətdəki doymuş yağlar, xüsusilə kişilərdə iflici önləyici təsiri vardır. İflic qanın beyin hüceyrələrinə birdən nasosla vurulması nəticəsi meydana gəlir. Qanın bu ani axışı sonrası bir çox beyin hüceyrəsi ölər və insan iflic olar. Ancaq aparılan son tədqiqatlar nəticəsində heyvan yağının qanın beyinə axışını təşkil etdiyini ortaya çıxarmışdır.

Bundan əlavə, ət ehtiva etməyən bəslənmə şəkillərinin, xolesterol baxımından aşağı olduğu düşünülür. Halbuki bu səhv məntiqdir. Çünki ətdən başqa yemək qruplarında mövcud olan gizli yağların nisbəti olduqca yüksəkdir. Bu səbəbdən vegetarianlar, bu şəkildə bəslənməklə, bəhs edilən gizli yağları da orqanizmlərinə daxil etmiş olarlar. Diyet mütəxəssisləri insanların sağlam bəslənmələri üçün gündə 300 mg-dan az xolesterol almalarını tövsiyə edirlər. Məhz ətdən əldə edilən xolesterol tam bu diyetə uyğun miqdardadır.

Ət gec həzm olunur ancaq, içindəki zülalların 95%-i, yağların isə 96%-i asanlıqla həzm olunar. Bununla yanaşı yağlar, digər qidaların da həzm edilməsinə imkan yaradar. Beləcə uyğun nisbətdə yağ ehtiva edən ət, mədədə uzun müddət qalaraq acmağı gecikdirər və aclığa dözmə gücünü artırar. Bunun xaricində ətin tərkibində olanlar, həzm sistemindəki tüpürcək bezlərini hərəkətə keçirərək iştaha açar və həzmi asanlaşdırar.

Elmi olaraq açıqlanan bütün bu xüsusiyyətlərlə yanaşı ət, eyni zamanda son dərəcə ləzzətli və sevilən qidadır. Orqanizmin bu cür ehtiyac duyduğu qida, əgər bu qədər ləzzətli olmasaydı, yalnız ehtiyac olduğu üçün onu yemək insanlara zövq deyil, əksinə əziyyət verə bilərdi. Ancaq Allah qullarına lütf edərək, bu ehtiyaclarını zövqlə aradan qaldıracaq şəkildə imkan yaratmışdır. Quran ayələrində ətin cənnət yeməklərinin arasında sayılması isə, ətin dəyərini bir daha vurğulayır.

və istədikləri quş əti ilə hərlənəcəklər. (Vaqiə surəsi, 21)

Heyvanların Möcüzəvi İstehsalı, Süd

Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik. (Nəhl surəsi, 66)

Südün yaranması, əslində son dərəcə möcüzəvi hadisədir. Bir heyvanın bədənindəki qan və yağın arasından, bunlardan tam ayrı xüsusiyyətlər daşıyan, qüsursuz təmizlikdə və ləzzətdə bir içkinin çıxması mütləq üzərində düşünülməli vəziyyətdir.

İnsanlara təmin etdiyi faydalar baxımından südün tərkibinə baxıldığında, həm uşaqların, həm də yetkinlərin bəslənməsində çox əhəmiyyətli rol oynadığı görülər. Südə ağ rəngini verən, kazein deyilən zülaldır. Bir süd damcısına mikroskopla baxıldığında isə, içində kiçik damcılar halında üzən yağ dənəcikləri görülər. Südün içində kazein və yağdan başqa həll olmuş laktoz adı verilən süd şəkəri, sümük və dişlərin yaranmasında rol oynayan kalsium və fosfor kimi minerallar və həyati əhəmiyyət daşıyan bir çox vitamin var.

Görüldüyü kimi süd, insan bünyəsinin ehtiyac duyduğu bir çox maddəni ehtiva edən çox zəngin qidadır. Allahın insanlara həm faydalanmaları, həm də düşünüb Onu təqdir edə bilmələri üçün yaratdığı süd, eyni zamanda cənnətdə də yaradılacağı bildirilən nemətdir:

Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi? (Məhəmməd surəsi, 15)

Baldakı Saysız Faydalar

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Bal, istər içində saxladığı vitaminlər və minerallarla, istərsə də tərkib xüsusiyyətləri səbəbiylə insanlar üçün həqiqətən də tam şəfa xüsusiyyətindədir. İçində, kalsium, kalium, maqnezium, natrium xlorid, kükürd, dəmir və fosfor kimi minerallar, qlükoza, fruktoza kimi şəkərlər, B1, B2, B3, B5, B6 və C vitaminləri var. Bunlarla yanaşı, içində az miqdarda, bəzi hormonlar, sink, mis və yod da vardır. Şübhəsiz balın içindəki bütün bu qidalar, insan sağlamlığı baxımından son dərəcə əhəmiyyətli və faydalıdır.

1993-cü ildə Dünya Arıçılıq Konqresində elm adamları bal haqqında bu açıqlamanı etmişlər:

Konqresdə, arı məhsulları ilə müalicə mövzusu üstünlük qazandı. Xüsusilə ABŞ-lı elm adamları bal, arı südü, polen və arı qatranının (propolis) bir çox xəstəliyi müalicə etdiyini bildirdilər. Rumıniyalı doktor balı katarakt xəstələri üzərində sınadığını və 2094 xəstədən 2002-sinin (95%) bal sayəsində tam olaraq yaxşılaşdığını açıqladı. Polşalı doktorlar isə arı qatranının hemoroid, dəri xəstəlikləri, qadın xəstəlikləri kimi bir çox xəstəliyə yaxşı təsir etdiyini təsbit etdiklərini bildirdilər.

Balın bir xüsusiyyəti də, şəkərə nisbətlə 40% daha az kalori ehtiva etməsidir. Bu xüsusiyyəti ilə bal, həm yüksək enerji verən, həm də aşağı kalorili olan yeganə qidalardan biridir.

Aşağı kalorili olan bu ləzzətli şərbətin başqa xüsusiyyəti də asan həzm edilməsidir. Balın tərkibində fruktoz, glukozaya çevrilə bilmə xüsusiyyətinə sahib şəkərdir. Bu sayədə bal, yüksək miqdarda turşu ehtiva etməsinə qarşı, mədəsində problem olanlar tərəfindən belə rahatlıqla həzm olunur.

Balın ayrıca, böyrəklərin və bağırsaqların rahat işləməsini təmin edəcək quruluşu vardır. Eyni vəziyyət ehtiva etdiyi sərbəst şəkərlər səbəbiylə beynin də işini asanlaşdırar. Orqanizm üçün asanlaşdırdığı başqa şey isə, qan dövranı və qanın təmizlənməsidir. Qanın təmizlənib, orqanizmdə dolaşmasına köməkçi olmasıyla yanaşı, qanın istehsalında da rol oynayır. Orqanizmə təmin etdiyi bol enerji, qan istehsalı üçün lazımlı olan enerjinin böyük qismini qarşılayacaq xüsusiyyətdədir.

Bütün bunlarla yanaşı, damar sərtliyi kimi təhlükəli narahatlıqlara qarşı qoruyucu xüsusiyyətə sahib olan bal eyni zamanda bakteriya öldürücü xüsusiyyətə də malikdir.

İlıq suyla qarışdırıldığında 7 dəqiqə kimi qısa müddətdə qana qarışan bal, bu xüsusiyyəti ilə bədənə şəfa dağıtma vəzifəsini ən yaxşı və ən sürətli şəkildə yerinə gətirər. Bundan əlavə bal, sulandırıldığında antibakterial, amma toxumalara zərər verməyən bir antiseptik ortaya çıxmış olar. Bunun xaricində balın içində antibakterial xüsusiyyətləri olan bir neçə kimyəvi maddə də var.

Arıların, insan sağlamlığına olan qatqıları yalnız bu qədərlə məhdudlaşmır. Bir başqa məhsulları da arı südüdür.

Arıların, kraliça arını bəsləyə bilmək üçün ifraz etdikləri, jele kimi və kəskin qoxulu olan bu maddə, insanlar üçün ayrı şəfa qaynağı xüsusiyyətindədir. Arı südü deyilən bu maddənin içində fosfor, kalsium, dəmir, natrium, kalium, maqnezium kimi minerallar, B2, B3, B6 vitaminləri, zülal və karbohidrat var.

Arı südünü insanlar, fiziki yorğunluqda, zəiflik kimi bədənin halsız olduğu zamanlarda, damar sərtliyi və toxuma yaşlanmalarından qaynaqlanan narahatlıqların yaxşılaşdırılmasında istifadə edərlər.

Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. (Loğman surəsi, 20)

Heyvanların Digər Faydaları

“Üstündə yük daşınan və yük daşınmayan mal-qaranı da yaradan Odur ...” (Ənam surəsi, 142) ayəsi heyvanların insana təmin etdiyi digər faydalarına da diqqət çəkir. Heyvanlar istər yunları, istər tükləri, istərsə dəriləriylə insanlara saymaqla bitməyəcək qədər çox fayda verərlər. Bu vəsaitlər, insanın gündəlik həyatında qarşısına çıxan əşyaların çoxunun xammalını meydana gətirər.

Geydiyimiz jaketlərdən ədyallara, yerə sərdiyimiz xalçalara, paltar tikilən parçalardan, kreslo örtük vəsaitlərinə qədər hər cür əşyanı bu heyvanlardan əldə edərik. Bununla yanaşı, yenə qoyundan mala, ilandan timsaha qədər müxtəlif heyvanlardan təmin edilən dəri də, geyimdən döşəməyə ya da bəzək əşyalarına qədər hər sahədə sıx olaraq istifadə edilər.

Heyvanların bizə təmin etdiyi faydalardan biri də, ipəkqurdunun çıxardığı ipəkdir. Bu parça, Allahın insana verdiyi gözəl nemətdir. Belə ki, Quranda cənnətin təsvir edildiyi ayələrdə, cənnət paltarlarının ipəkdən olduğu izah edilir:

onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar. (İnsan surəsi, 12)

Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir! (Kəhf surəsi, 31)

Əlbəttə ki, cənnət ipəyi, dünyadakı ilə müqayisə edilməyəcək gözəllikdə və təsir edici olacaq. Ancaq dünyadakı ipək də qiymətli parçadır. Necə ki, ipəyin meydana gəlməsindən işlənməsinə qədər olan zəhmətli mərhələni araşdırdığımızda bu dəyər daha çox açıq şəkildə ortaya çıxar.

Unutmamaq lazımdır ki, olduqca qiymətli parça olan ipəyin istehsalçısı yüksək ağıl sahibi insan və ya yaxşı dizayn edilmiş maşın deyil, tam tərsinə təxminən 5-10 sm böyüklüyündə böcəkdir. Bu parçaların böyük hissəsi ipək böcəklərinin hördüyü baramalardan çəkilən ipəklərlə toxunar.

İpəkqurdu yumurtasından çıxan tırtıllar, müəyyən yetkinləşmə müddətini aşdıqdan sonra budaqların üzərinə çıxaraq öz baramalarını hörməyə başlayarlar. İpək, bu canlının bədənindəki bir cüt ipək bezindən ifraz olunar və tırtılın alt dodağındakı dəlikdən çölə çıxar. İpəkqurdunun ifraz etdiyi bu yapışqan maddə, hava ilə təmas edər-etməz sərtləşər. Bunun ardından insanlar bu baramaları yığaraq bir sıra əməliyyat keçirərlər və bizim bildiyimiz mənadakı ipək də bu müddətdən sonra yaranar.

İpəkqurdunun çıxardığı bu iplik, bütün dünya səviyyəsindəki toxuma sektorunda istifadə edilib insanlara müxtəlif tekstil məhsulları olaraq döndüyü kimi, eyni zamanda tibb sahəsində də funksional yerə malikdir. Cərrah ipəyi adı verilən ipək növü, cərrahı texnikasında möhkəm bağ və tikişlərin atılmasında istifadə edilir və yenə insanların qarşısına fayda verən ünsür olaraq çıxır.

Kiçik böcəyin, Allah'ın ona ilham etməsi nəticəsində, düsturu öz bədənində gizli olanı ifraz etməsi və bunu insanların xidmətinə təqdim etməsi şübhəsiz ki, fövqəladə vəziyyətdir.

İnsanların heyvanlardan əldə etdiyi mənfəətləri bir neçə maddəylə məhdudlaşdırmaq əlbəttə ki, mümkün deyil. Yer üzü üzərində minlərlə növ heyvanın var olduğu düşünülsə, hər birindən istifadə edilən mövzuları saymaq belə səhifələrlə yer tutacaq. Necə ki, bu həqiqətə Quranda, “Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz ...” (Nəhl surəsi, 18) ayəsiylə də diqqət çəkilmişdir.

Allahın insanlar üçün heyvanları bu qədər çox faydalarla təchiz etməsi, qullarına olan sevgisinin və onlar üzərindəki qorumasının göstəricisidir. Amma bunları Allahın verdiyini unudan kimsə üçün, bütün bu nemətlər axirətdə sorğuya çəkiləcəyi məsuliyyət və yük olacaq. Bu səbəblə, Allahın dəvət etdiyi şəkildə dərin düşünüb, bunların altında yatan hikmətləri görmək və şükür etmək lazımdır.

Dənizlərdən Əldə Edilən Faydalara İşarələr

Allahın bizlərə təqdim etdiyi saysız nemət içində dənizlərdən əldə edilənləri də saya bilərik. Quranda bu faydaların bir qismi belə bildirilmişdir:

O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür. (Nəhl surəsi, 14)

Dənizdəki heyvanlardan əldə etdiyimiz faydaları ümumiləşdirərək araşdırdığımızda saysız nemətin varlığını görərik. Hər bir dəniz, içərisindəki təbii həyat şərtlərinə görə, fərqli heyvan növlərini saxlayır. Və hamısı da insanlar üçün çox fərqli faydalar ehtiva edir. Necə ki, Fatir surəsində də bu mövzuya belə diqqət çəkilmişdir:

İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür. (Fatir surəsi, 12)

İnsan heç bir səy göstərmədən, dənizaltındakı həyat tam nizam içində, insana fayda verəcək şəkildədir. Çünki bütün bu nizamı Allah qulları üçün əksiksiz şəkildə yaratmışdır. İnsanın edəcəyi tək şey, bu nemətləri özünə zəhmət çəkmədən təqdim edən Allaha qarşı şükür edici olmaqdır.

Dənizdən Əldə Edilən Qidalar

İnsanın, orqanizmi üçün lazımlı olduğunu tam olaraq bilmədiyi bir çox qida maddəsi, müxtəlif yeməklərin içərisinə qablaşdırılmış və hazır şəkildə ona təqdim edilmişdir. Bu qidalar arasında dənizdən əldə edilənlər də qida cəhətdən son dərəcə zəngindir və xüsusilə də insan bünyəsinin ehtiyac duyduğu müxtəlif mineral və vitaminləri qarşılayacaq şəkildə yaradılmışdır. Allah, “Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi ...”(Maidə surəsi, 96) ayəsiylə dənizdən əldə edilən qidaların faydalarına diqqət çəkmişdir.

Dəniz məhsullarının içində ən çox olan minerallar, xrom, kobalt, fosfor, mis, yod, flüor və natriumdur. Sahib olduqları bu minerallar sayəsində dəniz məhsulları böyüməyə köməkçi olar, qan təzyiqini tarazlayar və şəkər xəstəliyinin yaranmasının qarşısını alar. Ehtiva etdikləri kobalt ilə anemiya xəstəliyinin yaranmasının qarşısını alarkən, mis və yod sayəsində də dəmir sorulmasını sürətləndirərlər və dolayısilə də insanın özünü enerjili hiss etməsini təmin edərlər. Bununla yanaşı, zehni fəaliyyətini gücləndirər, dişlərin, saçların, dırnaqların daha sağlam inkişafını təmin edərlər. Bundan əlavə, dəniz məhsullarında bol miqdarda olan sink çox əhəmiyyətli elementdir. Bədənin böyüməsinə və inkişafına köməkçi olar. Dad və qoxu hiss etmə duyğularını qorumağı təmin edər, yaraların sağalmasına köməkçi olar. Lazımlı miqdarda A vitamininin qanda tutulmasını təmin edər. Əlavə olaraq enerji ehtiyacını təşkil edən insulinin bir elementidir. Ehtiva etdikləri flüor sayəsində sümüklərin güclənməsinə, əzələlərin və sinir sisteminin nizamlı işləməsinə kömək edərlər.

Bundan əlavə dənizdən əldə edilən qidalarla əlaqədar Quranda çox əhəmiyyətli detala da diqqət çəkilir. Nəhl surəsi 14-cü ayədə, Allah dənizlə əlaqədar, “... ondan təzə ət yeyirsiniz ...” deyə xəbər verir. Burada xüsusilə ifadə edilən “təzə ət” ifadəsi son dərəcə diqqət çəkicidir. Bilindiyi kimi dəniz məhsullarının mütləq təzə olaraq istehlak edilməsi lazımdır. Çünki bu məhsullar köhnə olduqlarında insan bədəninə zərər verə bilərlər. Quranda, digər heyvanlardan deyil, yalnız dənizdən əldə edilən ətlə əlaqədar olaraq belə ifadə istifadə edilməsi isə, bu mövzuya işarə edir.

Quranda Diqqət Çəkilən Qida: Balıq

Quranda ümumiyyətlə dəniz məhsullarına diqqət çəkilməsiylə yanaşı, balığa xüsusi işarə vardır. Kəhf surəsində Musa peyğəmbər və gənc köməkçisinin uzun səfərə çıxdığı və yanlarına da yemək olaraq balıq götürdükləri izah edilir:

Onlar dənizlərin qovuşduğu yerdən çıxıb getdikdə Musa öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük” – dedi. Xidmətçi dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”. (Kəhf surəsi, 62-63)

Ayələrdə diqqət çəkən nöqtə, belə uzun səfər əsnasında yemək olaraq xüsusilə balığın seçilməsidir. Allah möminlərə bir hekayəni bildirərək, balığın faydalarına, bəsləyici xüsusiyyətinə də işarə etmiş ola bilər.

Balığın qida olaraq xüsusiyyətlərini araşdırdığımızda da təəccüblü məlumatlarla qarşılaşırıq. Ehtiva etdiyi fosfor, sulfid, vanadium kimi minerallar sayəsində böyüməyi və toxumaların yaxşılaşmasını təmin edər. Oynaq ağrılarını azaldar, sağlam diş ətləri və diş quruluşu yaranmasını təmin edər, dəri rəngini gözəlləşdirər, saçların daha sağlam olmasını təmin edər, bakterial infeksiyalarla mübarizəyə köməkçi olar. Həm də qandakı xolesterol nisbətini tənzimləyici təsiriylə ürək tutmalarının qarşısının alınmasında rol oynayar. Nişasta və yağların maddələr mübadiləsinə qatılmasına kömək edərək daha enerjili və daha qüvvətli olmasını təmin edər. Bir tərəfdən də, zehni fəaliyyətlərin nizamlı işləməsində təsirlidir.

Bu xüsusiyyətləriylə yanaşı, ehtiva etdiyi D vitamini və digər mineralları lazımi miqdarda alınmadığı təqdirdə, raxitizm, diş əti xəstəlikləri, zob, hipertiroid kimi narahatlıqlar ortaya çıxar.

Dəniz Heyvanlarından Əldə Edilən Bəzək Əşyaları

Dəniz heyvanlarından əldə edilən və son dərəcə estetik gözəlliyə sahib olan bəzək əşyalarından biri, əvvəlki hissələrdə bəhs etdiyimiz incidir. İncinin yaranması isə son dərəcə maraqlıdır: İstridyə, dəniz molyusku və ilbiz kimi yumşaqcalar, qabıqlarının iç səthini sədəf deyilən ağımtıl, parlaq bir maddə ilə örtər. İçlərinə girən qum kimi dənəciklərin zərər verici təsirindən xilas olmaq üçün də eyni üsulu istifadə edər, bunları sədəflə örtərək inciləri meydana gətirərlər. İnsanlar isə dənizdən yığdıqları bu inciləri müxtəlif şəkillərdə zinət və bəzək əşyası olaraq istifadə edərlər. Bununla yanaşı bu yumşaqcaların çıxardığı sədəflər də, ən az incilər qədər istifadə olunan bəzək vəsaitidir.

Şübhəsiz, bu cür heyrətamiz sistemlə son dərəcə estetik görünüşlü bəzək əşyalarının meydana gəlməsi Allahın üstün sənətinin göstəricisidir. Bu gözəlliklərin xüsusilə möminlər üçün hazırlanmış nemət olduğuna Quranda belə diqqət çəkilmişdir:

O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. (Rəhman surəsi, 19-22)

 

5 / total 9
"Harun Yəhyanın Quranın Həyata Təqdim Etdiyi Gözəlliklər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.net
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."