< <
2 / total: 8

Giriş: Həyatin Əmələ Gəlməsinin Gerçək Mənşəyi

Canlı aləmin ən təməl vahidi olan hüceyrəyə işıq mikroskopu altında baxıldığı 19-cu əsrdə alimlər hüceyrəni qara bir ləkə kimi görürdülər. Bəziləri hüceyrəni içi maye ilə dolu bir plazma olduğunu, bəziləri isə onun jeleyə oxşayan bir maddə olduğunu hesab edirdi. Həmin dövrdə istifadə edilən və günümüzün imkanları ilə müqayisə edildikdə çox primitiv bir cihaz sayılan işıq mikroskopunda gördükləri təsvirə görə, hüceyrəni çox sadə bir maddə hesab edən 19-cu əsr alimləri hüceyrənin təsadüfən və özbaşına yaranmasını iddia edən bir nəzəriyyə irəli sürdükdə, həmin nəzəriyyə dərhal qəbul edildi.

1859-cu ildə “Növlərin mənşəyi” adlı kitabı ilə təkamül nəzəriyyəsini irəli sürən Çarlz Darvin canlı aləmin ibtidai mühitdə özbaşına və təsadüfən əmələ gələn sadə bir hüceyrədən təkamül yolu ilə inkişaf etdiyini iddia etmişdir. Bu iddiaya görə, şüursuz və cansız atomlar təsadüf nəticəsində birləşərək qüsursuz bir layihəyə və canlılıq üçün lazım olan bütün xüsusiyyətlərə malik olan hüceyrəni formalaşdırmışdır. Eyni təsadüflər bu ilk hüceyrəni hansı yolla olması məlum olmadan təkamülə məruz qoymuş və müəyyən zaman çərçivəsində kompyuter mühəndislərini, professorları, sənətkarları, dahiləri meydana gətirmişdir.

Hüceyrənin və ona daxil olan maddələrin nə qədər mürəkkəb, müfəssəl və üstün layihəyə malik olmasından xəbərsiz olan elm adamlarının bir çoxu bu qədər məntiqdən kənar və cahil iddiaları ehtiva edən təkamül nəzəriyyəsinə kor-koranə inandılar. Çünki bu nəzəriyyə bir yandan da 19-cu əsrdə güclənən materialist düşüncəyə bir Yaradıcının varlığını inkar edərək və “Təsadüf nəzəriyyəsini” irəli sürərək əhəmiyyətli şəkildə dəstək verirdi.

Bununla belə, 20-ci əsrin xüsusən ikinci yarısından sonra sürətlə inkişaf edən elm və texnologiya təkamül nəzəriyyəsinin həqiqətlərə tamamilə zidd olan, əsassız və elmi sübutu olmayan, uydurma bir ssenaridən ibarət və ya ibtidai dövr mifologiyasını xatırladan bir aldatma olmasının aşkarlanmasına səbəb oldu. Ancaq materialist düşüncəsinə və bir Yaradıcının varlığını danmalarına dəstək olan bu nəzəriyyədən ayrılmayan bəzi elm adamları böyük mühafizəkarlıq və bağlılıqla təkamül nəzəriyyəsini müdafiə etməyə və həyatın mənşəyini açıqlayan yeganə elmi həqiqət kimi insanlara təlqin etməyə davam etdilər.

Təkamülçülər insanların əksəriyyətinin elmi mövzularda təfsilatlı məlumata sahib olmamasından və gündəlik həyatda belə mövzular barədə düşünməyə imkan tapmamasından yararlanaraq bir növ təkamül hipnozu etdilər. Ən ağlasığmaz iddialarını, ən inanılmaz nəzəriyyələrini, saxtakarlıq yolu ilə düzəltdikləri saxta dəlillərini, bolluca latın sözləri ilə bəzədikləri öz aləmlərində “çox elmi” amma içi bomboş məqalələrini, kitablarını təkamülün qəti olaraq bir həqiqət olduğu yalanına insanları inandırmaq üçün istifadə etdilər.

Bu gün insanların bir çoxu təkamül nəzəriyyəsinin sübut olunmuş elmi nəzəriyyə olduğunu hesab edir. Təkamül nəzəriyyəsinin iddialarının nə qədər məntiqsiz və ağıla zidd olduğunu isə ayırd edə bilmirlər. Halbuki, nəinki hüceyrənin, hüceyrəni təşkil edən tək bir zülal molekulunun belə nə qədər mürəkkəb bir layihəyə, xırdalıqlarına qədər və incə hesablanmış bir plana sahib olduğunu, tək bir zülalın meydana gəlməsi üçün eyni anda yüzlərcə mühitin, yüzlərcə molekulun, fermentin bir yerdə mövcud olmasının vacibliyini bilən bir insan üçün təkamül nəzəriyyəsi inanılması tamamilə imkansız bir cəfəngiyatdır. Bu kitabda bəhs edildiyi kimi, tək bir zülal molekulu belə, qəti olaraq təsadüfən meydana gələ bilməz və yalnız ağıl, şüur və iradə sahibi bir güc tərəfindən inşa ediləbiləcək qədər qüsursuz quruluşa malikdir.

Bəzi insanlar: “Zülalı bizdən daha yaxşı tanıyan elm adamları necə olur ki, hələ də təkamül nəzəriyyəsini müdafiə edirlər?” - deyə haqlı olaraq soruşa bilərlər. Bundan əvvəl də bəhs etdiyimiz kimi, təkamülçülər təkamülü elmi nəzəriyyə olduğu üçün deyil, yaradılışı və bir Yaradıcının varlığını inkar etdiyi və materialist fəlsəfəsinə dəstək verdiyi üçün müdafiə etməkdədirlər. Və bunu da tez-tez etiraf edirlər. Məsələn, Sidney Universitetindən təkamülçü antropoloq Dr. Maykl Volker belə demişdir:

Bir çox elm adamı və texnologiya üzrə mütəxəssisin Darvinin nəzəriyyəsinə dillərilə xidmət göstərməsinin tək səbəbinin bu nəzəriyyənin bir Yaradıcının varlığını rədd etməsi olduğunu qəbul etmək məcburiyyətindəyik.1

Başqa bir dünya şöhrətli təkamülçü alim Fred Hoyle isə həyatın təsadüfən başlanmasının imkansızlığını belə etiraf etmişdir:

Hər şeydən əvvəl həyatın təsadüflər nəticəsində yaranması ehtimalı o qədər azdır ki, bu iddianı qəbul etmək heç bir məntiqə sığmır.2

Bu qabaqcıl təkamülçü alimlərin də etiraf etdiyi kimi, həyatın təsadüfən və özbaşına başladığını iddia etmək məntiqdən kənardır və bu alimlər sadəcə Yaradıcının varlığını inkar etmək üçün bu məntiqdənkənar iddialarını müdafiə etməyə davam edirlər.

Bu kitabda oxuyacağınız məlumatlar canlı aləmin əsası olan zülallar haqqındakı məlumatın sadəcə çox kiçik bir bölümüdür. Ancaq oxuyacağınız məlumatların hər hansı biri 150 ildən bəri davam edən təkamül hiyləsinin nə qədər məntiqdən kənar və inanılmaz olduğunu göstərmək üçün kifayətdir.

Hər bir zülal molekulundakı qüsursuz layihə, hər birinin son dərəcə mürəkkəb quruluşu, zülalın sintezində qeyri-adi təşkilat və mükəmməl üsul, zülalların aralarında funksiya bölgüsü və hər birinin digərlərindən fərqli strukturlarının funksiyaları ilə qüsursuz uyğunluğu canlı aləmin ən kiçik parçalarının belə təsadüfən formalaşdıra bilməyən üstün yaradılışa sahib olduqlarını göstərir. Kainatda ən kiçik bir zülal molekulunu təşkil edən parçalardan ən böyük qalaktikalara qədər hər şey üstün yaradılışın, sonsuz zəka və gücün əsəridir. Bütün bu əsərlərin sahibi isə hamımızı yoxdan var edən uca Rəbbimizdir. Təhsilli və zəkalı olmalarına baxmayaraq, bəzi insanların bu qədər açıq bir həqiqəti özlərini anlamazlığa vuraraq inkar etmələri isə ayrıca bir möcüzədir. Quranda belə insanlara bu cür xitab edilir:

Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi.
O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha
sonra siz Ona tərəf qaytarılacaqsınız. Yer üzündə nə varsa,
hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq
onu yeddi qat göy halında düzəldib nizama salan Odur!
O, hər şeyi biləndir!
(Bəqərə surəsi, 28-29)

Düşünülmüş Tərtibat, Yəni Yaradiliş

Allahın Yaratmaq Üçün Layihə Qurmağa Ehtiyacı Yoxdur

Kitab boyu bəzi məqamlarda istifadə olunan “tərtibat” sözünün düzgün başa düşülməsi vacibdir. Allahın qüsursuz layihə yaratmış olması Rəbbimizin əvvəlcədən plan qurduğu, daha sonra yaratdığı anlamına gəlmir. Hər kəs bilməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir plan qurmağa ehtiyacı yoxdur. Allahın layihələndirməsi və yaratması eyni zamanda olur. Allah bu cür nöqsanlardan münəzzəhdir.

Allah bir şeyin, ya da bir işin olmasını istədikdə onun olması üçün yalnız: “Ol!”- deməsi kifayətdir. Ayələrdə belə buyurulur:

Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq:
“Ol!”- deməkdir. O da dərhal olar.
(Yasin surəsi, 82)

Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman,
ona yalnız: “Ol !” – deyər, o da olar.
(Bəqərə surəsi, 117)

 

Qeydlər

1. Dr. Michael Walker, Quadrant, Ekim 1982, s.44

2. Fred Hoyle – Chandra Wickramasinghe, Evolution from Space, London:J.M. Dent and Company, 1981, s. 141

2 / total 8
"Harun Yəhyanın Zülal Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net