< <
1 / total: 15

Giriş

Bu kitabda, hər zaman ədaləti, gözəl əxlaqı, təvazökar olmağı, dürüstlüyü, səmimiyyəti, qısacası hər şeyin ən doğrusunu bildirən “səs”dən bəhs edəcəyik. Bu səs, bəlkə fərqində deyilsiniz, amma daim sizinlə birlikdədir, hara getsəniz sizinlə gəlir. “Kimə aiddir bu səs” deyə düşünə bilərsiniz. Bu səs əslində sizə aiddir, sizin içinizdə; vicdanınızın səsidir ...

Vicdan kəlməsini hər kəs çox yaxşı bilir və çox tez-tez istifadə edir. Lakin əsl mənasının nə demək olduğu, həqiqətən vicdanına tabe olan insanın nələr etdiyi, digər insanlardan nə fərqinin olduğu ümumi olaraq bilinməz.  Vicdan cəmiyyətdə bilinən mənasıyla məhdudlaşdırılır. Cəmiyyətdəki yayılmış anlayışa görə, yerə zibil atmayanlar, dilənçiyə pul verənlər, küçə heyvanlarını qoruyub bəsləyənlər vicdanlı insanlara nümunədir. Ancaq vicdanın, cəmiyyətdə geniş olaraq istifadə edilən bu mənasından çox üstün mənası və əhəmiyyəti vardır. Bu kitabın məqsədi, Quranda nümunələri verilən əsl vicdanı tanıtmaq və vicdanlı insanın necə düşündüyünə, vicdanı ilə necə fikirə və anlayışa sahib olduğuna və vicdanın insanların ölümdən sonrakı həyatları üçün nə qədər əhəmiyyətli olduğuna diqqət çəkməkdir. Bunun üçün isə, vicdanınızın səsini tanımağınızı və onu düşüncələrinizdəki digər səs və təlqinlərdən ayıra bilmənizi təmin edəcək məlumatlar veriləcəkdir. Həmçinin vicdanınızın sizə nələr düşündürəcəyi və etdirəcəyi mərhələ-mərhələ izah ediləcək və vicdanına tabe olan insanın necə yüksək əxlaqa sahib olacağı bildirəcəkdir. Bu kitabın məqsədi yalnız vicdanla əlaqədar məlumat vermək deyil, insanların vicdanlarına səslənərək onları hərəkətə keçirmək, gücləndirmək və bundan sonrakı həyatlarını vicdanlarına görə yaşamağa təşviq etməkdir. Və vicdanlarına tabe olmadıqları zaman necə zərərlə qarşılaşacaqlarını da göstərir. 

 

1 / total 15
"Harun Yəhyanın Quranda Vicdanın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top