Yaxşılıq çempionu - Türkiyə

 

 

 

 

 

Yaxşılıq çempionu - Türkiyə

Nə demişdi

Nə oldu

Al Hurra, 8 aprel 2008

Adnan Oktar: Bəli, Türkiyə dövləti hər zaman dürüst davranır. Bu mövzularda belə. Bu cür qaranlıq işlərə, qaranlıq ortaqlara yaxınlaşmaz. Ən dürüst, ən doğru, ən vicdanlı nədirsə, onu etməyə çalışar. Diqqətlə baxsaq, bunu görərik. Çünki türk əsgəri hansı ölkəyə gedirsə, sevinclə qarşılanır, bundan başa düşülür. DEMƏLİ, OLDUQCA DÜRÜSTDÜR ONLAR. DEMƏLİ, OLDUQCA YAXŞI  NİYYƏTLİDİR. YOXSA İNSANLAR NARAHAT OLARDI. Məsələn, Əfqanıstanda sevilirlər. Bosniyaya getdilər, orada da sevildilər. Hara getsələr sevilirlər. Bu, onların səmimiyyətindən qaynaqlanır. Türk əsgərinin dürüstlüyündən qaynaqlanır.


Kıbrıs Postası, 23 sentyabr 2009

Adnan Oktar: Burada bir coşqu var. Vətənpərvərlik var. Bir qoruma hissi var. Bir ədalət hissi var. Osmanlının ədaləti məlumdur və Türk ordusuna dünyada tam güvən bəslənilir. Türk ordusu dünyanın hər yerində çox sevilir. Məsələn, Bosniyaya getdilər, türk əsgərlərini sevinclə qarşıladılar. Başqa ölkələrə, Əfqanıstana gedirlər orada da sevgi ilə qarşılanırlar. Hər yerdə Türk ordusuna dərin  sevgi mövcuddur. BU, TÜRKLƏRƏ QARŞI OLAN SEVGİDƏN QAYNAQLANIR. ÇÜNKİ TÜRKLƏRDƏ MƏRHƏMƏT, ƏDALƏT, MEHRİBANLIQ DUYĞUSU VAR. BU, DİGƏR ÖLKƏLƏRDƏ RAST GƏLİNƏCƏK BİR ŞEY DEYİL.

 

Yeni Şafak, 27 avqust 2011

 

Türkiyə aclığın pəncəsində qıvrılan Somaliyə göstərdiyi yardımı ilə dünyanı silkələdi. Ramazan ayı ərzində müxtəlif kampaniyalardan toplanan ianələrin miqdarının 500 milyon lirədən artıq olduğu ehtimal olunur. Bu rəqəm dünya ictimaiyyətinın vəd etdiyi yardımların miqdarının ümumi sayından qat-qat çoxdur.

Türkiyədə cavan-qoca, varlı-kasıb olan hər kəs Somalidəki qardaşlarına yardım üçün səfərbər oldu. Son 60 il ərzində quraqlıq və qıtlıq dövrünü yaşayan Şərqi Afrikanın köməyinə yetişən Türkiyə dövləti qida, dərman, həkim və yüzlərlə mütəxəssis qrupları ilə dünyaya bu dövlətin "qara günün dostu" olduğunu bir daha nümayiş etdirdi.

 

 

 

2012-12-04 22:30:09

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top